Bakı 12˚C Mostly cloudy

“Çox istəyərdim ki, döyüşdə olduğumuz yerlərə baş çəkim” - MÜSAHİBƏ

Eksklüziv 11:00 02 dek, 2022
“Çox istəyərdim ki, döyüşdə olduğumuz yerlərə baş çəkim” - MÜSAHİBƏ

Dekabrın ilk həftəsi Laçının azad olunmasından 2 il ötür. 1 dekabr - 2022-ci il. Azadlığından 2 il sonra 2022-ci ilin avqust ayında Laçın şəhəri də azadlığına qovuşdu. Bu torpaqlar uğrunda müharibənin ilk günündən sonuncu dəqiqələrə qədər igid oğullarımız vuruşaraq qəhrəmanlıq göstərmişlər.

44 günlük müharibədə mülki həyatda jurnalist olaraq çalışan həmkarlarımız işlərini dayandıraraq cəhbə sıralarına qoşulub. Laçın uğrunda döyüşlərdə peşəsi jurnalist olan Azərbaycan oğulları şücaət göstərmişdir. Onlardan biri də bu gün“Qarabağ” klubunun mətbuat xidmətində fəaliyyət göstərən Mehman Əşrəfovdur.

Qazet.az-ın müxbiri Azad Nuriyev Laçında gedən döyüşlərdə fəal iştirak edən, “Laçın uğrunda” medalı ilə təltif olunan Mehman Əşrəfovla həmsöhbət oldu.

O, döyüş təəssüratlarını belə ifadə etdi.

“Yuxu kimi gəlirdi insana. Qubadlının Muradxanlı kəndindən Laçının Səfiyan kəndinə piyada hərəkət etdik. Qubadlıda döyüş yoldaşlarımızın çoxu yaralanmışdı və bəziləri şəhid olmuşdu. Laçının bəzi kəndlərində döyüş əməliyyat oldu. Sülh müqaviləsi imzalanmamışdan əvvəlki gecə Aşağı Fərəcan istiqamətindəki döyüşlərdə düşmən xeyli itki verib, postlardan qaçırdı. Düzdür, uğurlu əməliyyatlarda bizim də şəhidlərimiz oldu. Allah şəhidlərimizə rəhmət etsin, qazilərimizə can sağlığı versin. İndiyə qədər yadımdadır, 2 il əvvəl bu gün neytral ərazidə qalmış şəhidlərimizin nəşini götürdük.

Mehman Əşrəfov Laçını ilk görənlərdən biri olaraq öz hisslərini bildirib:

 

“Həmin unudulmaz günlər hərdən yadıma düşür. Laçının gözəl təbiəti və mənzərisinin şahidi oldum. Çox istəyərdim ki, döyüşdə olduğumuz yerlərə baş çəkim, həmin günlər gözümün qarşısında film səhnələri kimi yenidən canlansın”.