Çox şirniyyat yeyən qadınlarda xərçəng yarana bilir
Cəmiyyət
06:22 11 yan, 2023
Xərçəngin yaranmasına səbəb olan xarici amillərdən biri də qidalanma və xüsusilə normadan artıq şirniyyat və qızartma yeməkdir.
Qazet.az xəbər verir ki, onkoloq həkim Anton İlyin onkoloji xəstəliklərin səbəbləri haqqında danışıb.
Qadınlarda xərçəngin yaranması şəkərli diabet, hipertoniya, piylənmə kimi xəstəliklərin mövcudluğu ilə bağlı olur. Şişlərin yaranmasına həkimin təyinatı olmadan hormonal vasitələrin qəbulu da tezləşdirə bilər.
O, əlavə edib ki, qadınlarda menopauzanın gec başlaması da həmçinin riskin amilləri sırasındadır.
50 yaşından gec menopauzası başlayan qadınlarda estrogen hormonu çoxluğundan bir çox orqanlarda şişlər yarana bilər.