Bakı 19˚C Sunny

Çoxuşaqlı ailələrə verilən sosial müavinət artırılıb

Cəmiyyət 12:20 20 dek, 2021

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir

Çoxuşaqlı ailələrə verilən sosial müavinət artırılıb

Prezident İlham Əliyev “Beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləğinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 27 dekabr tarixli 72 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə fərman imzalayıb.

Qazet.az xəbər verir ki, fərmana əsasən, beşdən çox uşağı olan qadınlara sosial müavinətin məbləği 55 manatdan 70 manata çatdırılıb.

Bu Fərman 2022-ci il yanvarın 1-dən qüvvəyə minir.