Bakı 17˚C Mostly sunny

Cüdoçumuz yarımfinala çıxdı

İdman 17:39 17 okt, 2021

Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb

Cüdoçumuz yarımfinala çıxdı

Bu gün Azərbaycanın daha 3 cüdoçusu Fransanın paytaxtı Parisdəki Böyük Dəbilqədə mübarizəyə başlayıb.

Qazet.az-ın məlumatına görə, son yarış günündə 81 kq-da Murat Fətiyev, 90 kq-da Məmmədəli Mehdiyev və 100 kq-dan yuxarı çəkidə Uşangi Kokauri qüvvəsini sınayıb. Hər üç idmançı mübarizəyə 1/8 finaldan start verib.

Fətiyev ilk görüşündə Tim Qramkova (Almaniya), Mehdiyev Aleksis Matyöyə (Fransa) ipponla uduzaraq turnirlə vidalaşıb.

Kokauri isə startda Emre Sanala (Fransa) ipponla qalib gəlib. 1/4 finalda Mbaqnik Ndiayedən (Seneqal) də güclü olan Kokauri yarımfinala vəsiqə qazanıb. O, finala gedən yolda İnal Tasoyevlə (Rusiya) üz-üzə gələcək.

Qeyd edək ki, yarışın ilk günündə Azərbaycan cüdoçularından Balabəy Ağayev (60 kq) qızıl, Hidayət Heydərov (73 kq) isə bürünc medal qazanıb.