Bakı 2˚C Dreary

“Culiya” tropik qasırğası şiddətlənib

Xəbərlər 09:41 09 okt, 2022
“Culiya” tropik qasırğası şiddətlənib

Atlantik okeanda formalaşan “Culiya” tropik qasırğası şiddətinə görə birinci kateqoriyaya yüksəlib.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın meteorologiya qurumları məlumat yayıb.

Qasırğanın sürəti saniyədə 33 metrdir. Hazırda qasırğa Nikaraquanın şərqindədir və 27 km/saat sürətlə Qərbə doğru irəliləyir.

Yaxınlaşan qasırğaya görə Nikaraqua və Kolumbiyada əhaliyə xəbərdarlıq edilib.