"Dağıdılmış abidələrimizi görmək bizim üçün ürəkağrısıdır" - Nazir
Bakı Ekspo Mərkəzində 8-ci Beynəlxalq Kitab Sərgisinin açılış mərasimində Mədəniyyət Naziri Anar Kərimov jurnalistlərin suallarını cavablandırdı.
Tarixi Abidələrimizin qorunması mövzusuna toxunan nazir Qazet.az-ın əməkdaşının "Qarabağda tarixi abidələrimizin ermənilər tərəfindən dağılması barədə hansı beynəlxalq təşkilatlara müraciət olunub və hansı tədbirlər görülür?" suallarını cavablandırdı. Nazir bildirdi ki, bu mövzu həmişə diqqətimizdədir.
"Bu ənənəvi olaraq bizim diqqətimizdə olan bir mövzudu. Qarabağda olan dağıdılmış abidələrimizi görmək bizim üçün ürəkağrısıdır. Orada 30 il ərzində işğal zamanı vandallığa məruz qalmış abidələrimizin ilk növbədə inventarlaşdırılmasını keçirmişik. İnventarlaşma keçiriləndən sonra onların hamısı foto-video fiksasiyası edilib. Onlar dağıdılma vəziyyətinə uyğun olaraq təsnifatlandırılıb və bu məlumatlar mütəmadi olaraq aiddiyyatı təşkilatlara, xüsusi olaraq UNESCO və digət təşkilatlara göndərilir ki, onlar da bu haqda məlumatlı olsunlar və tədbirlər görsünlər. Təbii ki, Ermənistan bu cinayətlərə görə cinayət məsuliyyətinə cəlb olunmalıdır".