Dağıstanda torpaq üstündə kütləvi dava - VİDEO
Gündəm
11:12 26 may, 2022
Hadisə mayın 25-də Botlix rayon xəstəxanasının həyətində qeydə alınıb

Dağıstanda torpaq münaqişəsi zəminində qonşu kəndlərin sakinləri arasında kütləvi dava olub.
Qazet.az xəbər verir ki, hadisə mayın 25-də Botlix rayon xəstəxanasının həyətində qeydə alınıb.
Davada Ansalta və Raxata kəndlərinin 30-dan çox sakini iştirak edib.
Davaya səbəb ümumi sahəsi 130 hektar olan torpaq sahəsi üstündə yaranan mübahisə olub.
Münaqişə hüquq-mühafizə orqanlarının nümayəndələri tərəfindən nizamlanıb. Bundan sonra rayonun rəhbəri Ruslan Həmzətov dava iştirakçıları ilə maarifləndirici söhbəti aparıb.