Bakı -1˚C Cloudy

"Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb" - Azərbaycan Prezidenti

Gündəm 12:13 27 sen, 2021

Azərbaycan müharibəni döyüş meydanında, qan tökərək və şəhidlər verərək qazanıb

"Dağlıq Qarabağ münaqişəsi tarixdə qalıb" - <span style="color:red">Azərbaycan Prezidenti</span>

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2020-ci ilin 27 sentyabr tarixindən başlayan 44 günlük müharibənin il dönümü münasibətilə xalqa müraciət edir.

Prezident bildirib ki, Azərbaycan müharibəni döyüş meydanında, qan tökərək və şəhidlər verərək qazanıb. 

“Biz düşməni məcbur etdik ki, o düşmən diz çöksün. Biz onları kapitulyasiyaya imza atmağa məcbur etdik. Hansı düşmən ki, onlar 30 ildir bizimlə mübarizə aparırdılar. Ancaq sonda onlar ağ bayraq qaldırmağa məcbur oldu. Bunun nəticəsində də yüzlərlə kənd və şəhərlər 1 güllə belə atılmadan azad edildi. Biz müharibəni hərbi siyasi yollarla qazandıq. Dağlıq Qarabağ münaqişəsi tarixdə qaldı." 

-


Məqalə Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.