Daha 2 məktəbdə əyani dərslər bərpa olundu
Gündəm
11:47 15 dek, 2021
45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib

Bakıda 45 və 178 nömrəli tam orta məktəblərdə əyani dərslər bərpa edilib.
Bu barədə Qazet.az-a Bakı şəhəri üzrə Təhsil idarəsindən məlumat verilib.
Qeyd olunub ki, hər iki məktəbin kontingenti üçün Gigiyena və epidemiologiya mərkəzinin rəyi əsasında müəyyənləşdirilmiş karantin müddəti başa çatıb: "Təhsil müəssisələrində koronavirus infeksiyasına qarşı şagirdlərin və məktəbin pedaqoji heyətinin daha etibarlı qorunması üçün sanitar-epidemioloji vəziyyətdən irəli gələn tələblərə ciddi əməl olunur".