Bakı 5˚C Mostly cloudy

Daha 2522 hektar ərazi minadan təmizləndi

Gündəm 10:38 02 dek, 2022
Daha 2522 hektar ərazi minadan təmizləndi

Azərbaycan Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə noyabr ayı ərzində 1126 mina aşkarlanıb.

ANAMA-dan Qazet.az-a verilən məlumata görə, noyabrın 1-dən 30-dək Tərtər, Ağdam, Xocavənd, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda aparılan minatəmizləmə əməliyyatları zamanı piyada əleyhinə 782, tank əleyhinə 344 mina və 1735 partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

Azad edilən ərazilərdə daha 2522,6 hektar ərazi minadan təmizlənib.