Bakı 28˚C Mostly sunny

Daha 4 qazimiz Türkiyəyə göndərildi

Cəmiyyət 20:47 12 okt, 2021

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Daha 4 qazimiz Türkiyəyə göndərildi

Ağır yaralanan daha 4 qazimiz YAŞAT Fondu tərəfindən Türkiyəyə göndərilib.

Bu barədə qazet.az-a Fonddan məlumat verilib.

Həmin şəxslər aşağıdakılardır:

1. Ələkbərov Seymur Eyvaz oğlu

2. Mikayılov Ruzigar Namiq oğlu

3. Məmmədli Qiyas Rizvan oğlu

4. İbrahimov Samurat Nuru oğlu

YAŞAT Fondu tərəfindən Türkiyədən ölkəmizə gətirilən, həmçinin yerli həkimlərin rəyi nəzərə alınaraq qazilərimizin müvafiq müayinə, müalicə və reabilitasiya prosesi Türkiyədə davam etdiriləcək.

YAŞAT Fondu qazilərimizin müalicəsini tam yekunlaşana qədər nəzarətdə saxlayacaq.

Fond tərəfindən həkim rəyi əsasında ağır yaralı olan qazilərimizin müalicə üçün xaricə davamlı şəkildə göndərilməsi təmin edilir.

Xatırladaq ki, Fond tərəfindən bu günə qədər 140 qazimiz müalicə üçün Türkiyəyə göndərilib. Onlardan 96-nın müalicə proseduru artıq uğurla yekunlaşıb və Vətənə qayıdıb. Qazilərimizin qarşıdakı aylarda müalicəsi üçün nəzərdə tutulan dərman vasitələri də Fond tərəfindən təmin edilib.