Bakı 33˚C Partly sunny

"Daha bir dünya savaşına yol vermək olmaz" - Kissincer

Gündəm 02:55 17 dek, 2022
"Daha bir dünya savaşına yol vermək olmaz" - Kissincer

"Ukrayna Mərkəzi Avropada qitənin ən güclü ordularından birinə çevrilib və sülh prosesi Ukraynanı NATO ilə əlaqələndirməlidir..."

"Ukrayna ikinci dünya savaşından sonra Avropanın başı üstünü almış Rusiyanın hərbi qüvvələrini dalana dirəyib..."

"Rusiya özünün zorakılığa meyli ilə 1500 ildən artıqdır ki, qlobal tarazlıq və qüvvələr balansına həlledici tövhə verir..."

"Rusiyanın parçalanması onun 11 saat qurşağından ibarət ərazisini mübahisəli vakuuma çevirə bilər..."

"İki ölkə arasında 24 fevrala uyğun olan ayrıcı xətt müəyyən edilməli, Krım və Donbas Rusiyada saxlanılmalı və ya referendumlar keçirilməlidir..."

Məşhur amerikalı diplomat yenidən sülhməramlı çağırışlar edib, Kremldə sabiq dövlət katibinin ideyaları maraq doğurub...

Ukrayna Mərkəzi Avropada qitənin ən böyük ordularından birinə çevrilib, ona görə də "sülh prosesi Ukraynanı, necə ifadə edilməsindən asılı olmayaraq, NATO ilə əlaqələndirməlidir". Neytrallığın daha mənası yoxdur.

Qazet.az xəbər verir ki, bu barədə ABŞ-ın sabiq dövlət katibi Henri Kissincer Britaniyanın "The Spectator" nəşrində yazıb.

Məqalədə o, Birinci dünya savaşının Avropa üçün fəlakətlərini xatırladır və dünyanın analioji dönüş məqamında olduğun barədə sual edir.

"Mən dəfələrlə Rusiyanın Ukraynada təcavüzünün qarşısının alınması üzrə müttəfiqlərimizin hərbi səylərinə dəstəyimi ifadə etmişəm. Lakin artıq həyata keçirilən strateji dəyişiklikləri hesaba almağın və onları danışıqlar yolu ilə sülhə nail olmağa yönələn yeni struktura inteqrasiya etməyin zamanı yetişib", - Kissincer hesab edir.

Onun sözlərinə görə, Ukrayna "ikinci dünya savaşından sonra Avropanın başı üstünü almış" Rusiyanın hərbi qüvvələrini dalana dirəyib. Və Çin də daxil olmaqla bütün beynəlxalq sistem Rusiya təhlükəsinə və ya onun nüvə siyahından istifadə etməsinə qarşı çıxır.

"Bəziləri üçün tamamilə  haldan düşmüş Rusiya müharibənin nəticəsi kimi daha üstündür. Mən bununla razı deyiləm. Özünün zorakılığa meyli ilə Rusiya artıq 1500 ildən çoxdur ki, qlobal tarazlıq və qüvvələr balansına həlledici tövhə verir", - sabiq dövlət katibi yazır.

Onun fikrincə, ölkənin tarixi rolu azaldılmamalıdır. Rusiyanın parçalanması və ya onun strateji siyasət qabiliyyətinin məhv edilməsi "onun 11 saat qurşağından ibarət olan ərazisini mübahisəli vakuuma çevirə bilər".

Kissincer yenidən "Ukrayna ilə Rusiya arasında" 24 fevrala uyğun olan "ayrıcı xətti" müəyyən etməyi, Krım və Donbası Rusiyada saxlamağı təklif edib. Əgər bu, mümkün olmazsa, öz müqəddəratının təyini prinsipini rəhbər tutaraq, "ixtilaflar doğuran və əsrlər boyu dəfələrlə əldən ələ keçən" ərazilərdə referendumlar keçirmək olar.

Kremldə bəyan edilib ki, "ABŞ-ın sabiq dövlət katibinin Ukraynada münaqişənin nizamlanması üzrə təşəbbüslərini "böyük maraqla" öyrəniləcək. Kremlin mətbuat katibi Dmitri Peskov amerikalı siyasətçinin xüsusilə belə kəskin vəziyyətlərdə təcrübəsinin və istedadının tələb olunduğunu qeyd edib. Hələlik isə, təəssüf ki, onun məqaləsi ilə tanış olmaq imkanı olmayıb.

Ukraynada Kissincerin ideyaları hələlik şərh edilməyib.

May ayında ABŞ-ın sabiq dövlət katibi bəyan edib ki, Ukrayna Rusiya ilə sülh sazişinə nail olmaq üçün ərazisinin bir hissəsindən imtina etməlidir.

İyul ayında o, müharibənin üç mümkün nəticəsini açıqlayıb, bunlardan biri müharibədən öncəki status-kvoya dönməkdir, çünki bundan sonra müharibənin davam etməsi, onun fikrincə, müharibəni Ukraynanın azadlığı uğrunda deyil, Rusiyanın özünə qarşı çevirə bilər.