Daha bir gənc müəllim ürəktutmadan öldü - FOTO
Gündəm
13:41 20 may, 2022
Onun ürəktutmadan vəfat etdiyi bildirilib

Ordubad rayonunda gənc müəllim qəfil vəfat edib.
Qazet.az "qafqazinfo"ya istinadən xəbər verir ki, rayon məktəblərindən birində idman müəllimi işləyən Müzəffər Həbibov dünyasını dəyişib.
Onun ürəktutmadan vəfat etdiyi bildirilib.
Qeyd edək ki, son günlərdə bir neçə gənc müəllim və həkimin ürəktutmadan (infarktdan) ölməsi ilə bağlı xəbərlər yayılıb.







