Bakı 16˚C Sunny

Daha bir klubumuz Türkiyəyə təlimə gedib

İdman 09:15 03 yan, 2023
Daha bir klubumuz Türkiyəyə təlimə gedib

Azərbaycan Premyer Liqasında çıxış edən daha bir komanda Türkiyəyə yollanıb.

Qazet.az-ın məlumatına görə, “Zirə”nin ardından bu dəfə “Səbail” Antalya şəhərinə gedib.

Bakı klubu yanvarın 17-dək Türkiyədə təlim-məşq toplanışında olacaq. Yeni baş məşqçi Şahin Diniyev bu müddətdə 3 yoxlama görüşündə komandasını sınayacaq. “Səbail” yanvarın 8-də “Legiya” (Polşa), 12-də “Bohemians” (Çexiya), 16-da isə “Spartak”la (Serbiya) qarşılaşacaq.

Qeyd edək ki, “Səbail” ilk yarıdan sonra Premyer Liqada 10 xalla sonuncu pillədə qərarlaşıb.