Bakı 15˚C Intermittent clouds

Daha bir məktəb distant təhsilə keçdi

Cəmiyyət 19:41 09 fev, 2022

60 nömrəli məktəb distant təhsilə keçdi

Daha bir məktəb distant təhsilə keçdi

Paytaxtdakı 60 nömrəli tam orta məktəbin fəaliyyəti distant təhsil formasında davam etdiriləcək.

Qazet.az-ın əldə etdiyi məlumata görə, bu məktəbin müəllim və şagirdində COVİD-19 infeksiyasına yoluxma faktı təsdiq olunub.

Bildirilib ki, bu səbəbdən Gigiyena və Epidemiologiya Mərkəzinin qərarı əsasında 60 nömrəli tam orta məktəbdə əyani tədris prosesi 7 gün müddətinə distant təhsillə əvəz olunub.