Daha bir məktəb korona səbəbindən bağlandı
Gündəm
16:53 31 okt, 2021
Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib
Samux rayonunda koronavirus səbəbindən bir orta məktəb distant təhsilə keçib.
Qazet.az xəbər verir ki, rayonun İnstitut qəsəbəsində fəaliyyət göstərən orta məktəbin 4 şagird, 6 müəllim və 1 texniki işçisində koronavirus infeksiyası aşkar olunub.
Qərara əsasən, məktəbdə əyani tədris 14 gün müddətinə dayandırılıb. Bu müddət ərzində məktəbdə dərslər distant formada keçiriləcək.