Bakı 24˚C Mostly sunny

Daha bir məşhur aparıcı dünyasını dəyişdi - FOTO

Gündəm 19:06 30 okt, 2021

Əfsanəvi televiziya və radio aparıcısı, jurnalist İqor Kirillov 89 yaşında dünyasını dəyişib

Daha bir məşhur aparıcı dünyasını dəyişdi <span style="color:red">- FOTO</span>

SSRİ-nin və Rusiyanın əfsanəvi televiziya və radio aparıcısı, jurnalist İqor Kirillov 89 yaşında dünyasını dəyişib.

Qazet.az “RİA Novosti”yə istinadən xəbər verir ki, məşhur diktorun ölüm səbəbi məlum deyil.

Qeyd edək ki, Kirillov "ən məşhur səs"in sahibi adlandırılırdı. 1961-ci ilin aprelində Yuri Qaqarinin uçuşunu elan edən şəxs Kirillov olub. O, Rusiyanın Qırmızı Meydanında qələbə paradlarının aparıcılığını edirdi.