Bakı 24˚C Sunny

Daha bir mülki şəxs MİNAYA DÜŞDÜ

Gündəm 15:40 20 noy, 2021

1972-ci il təvəllüdlü Qarayev Şahin minaya düşüb

Daha bir mülki şəxs MİNAYA DÜŞDÜ

Goranboy rayon sakini minaya düşüb.

Bu barədə Qazet.az Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, rayonun Tapqaraqoyunlu kənd sakini, 1972-ci il təvəllüdlü Qarayev Şahin Qədir oğlunun örüş sahəsində heyvan otaran zaman minaya düşməsi barədə Rayon Polis Şöbəsinə məlumat daxil olub.

"Hazırda Goranboy Rayon Polis Şöbəsinin və digər aidiyyəti qurumların əməkdaşları hadisə yerinə cəlb olunublar", - Mətbuat Xidmətindən bildirilib.