Bakı 26˚C Intermittent clouds

Daha bir ölkə Olimpiya Oyunlarının diplomatik boykotuna qoşuldu

İdman 11:09 09 dek, 2021

Baş nazirin sözlərinə görə, kanadalı idmançılar Olimpiadada iştirak edəcəklər.

Daha bir ölkə Olimpiya Oyunlarının diplomatik boykotuna qoşuldu

Kanada da Çində keçiriləcək Olimpiya Oyunlarının diplomatik boykotuna qoşulmaq qərarına gəlib.

“Qazet.az” TASS-a istinadən xəbər verir ki, bu barədə Kanada hökumətinin başçısı Castin Trüdo bildirib. “Bu gün biz elan edirik ki, bu qış Pekində keçiriləcək Olimpiya və Paralimpiya Oyunlarına diplomatik nümayəndələr göndərməyəcəyik”, - deyə Trüdo bildirib. 

Baş nazirin sözlərinə görə, kanadalı idmançılar Olimpiadada iştirak edəcəklər.

Xatırladaq ki, Çində insan haqlarının pozulması ilə əlaqədar ABŞ, Avstraliya və Böyük Britaniya da Olimpiya oyunlarını diplomatik boykot ediblər.