Daha bir ölkədə Omikron ştammı aşkarlandı
Gündəm
14:39 18 dek, 2021
Omikron ştammı paytaxt Qahirəyə xarici ölkələrdən gələn 3 vətəndaşda aşkarlanıb

Misirdə COVİD-19-un Omikron ştammına ilk yoluxma halları qeydə alınıb.
Qazet.az xəbər verir ki, bu barədə Türkiyə mediası məlumat yayıb.
Omikron ştammı paytaxt Qahirəyə xarici ölkələrdən gələn 3 vətəndaşda aşkarlanıb.
"Həmin şəxslər təcrid olunublar. Xəstələrlə hər hansı təmasın qarşısını almaq üçün bütün ehtiyat tədbirləri görülüb”, - məlumatda bildirib.