Daha bir qasırğa Kaliforniyanı vurdu
Hadisə
04:38 09 yan, 2023
ABŞ-ın Kaliforniya ştatının şimalında qar yağmasına və güclü küləyə səbəb olan tufan davam edir, daşqın təhlükəsi var.
Qazet.az xəbər verir ki, Sakramentonun meteoroloji xidməti xəbərdarlıq edib ki, pis hava şəraiti ilə əlaqədar bölgədə ciddi problemlər gözlənilir.
“Elektrik enerjisinin kəsilməsi mümkündür, ağacların aşması riski var, yollarda nəqliyyatın hərəkəti çətinləşib”, - deyə xidmətdən bildirilib.
Sakramentoda bazar günü 230 000-dən çox, Kaliforniyada isə 330 000 ev işıqsız qalıb.
Bundan əlavə, Kaliforniyanın şimalındakı Sonoma qraflığında 13 min sakin üçün daşqın xəbərdarlığı edilir.
Kaliforniyada ilin əvvəlindən ən azı altı nəfər əlverişsiz havanın qurbanı olub.