Bakı 27˚C Mostly sunny

Daha bir yüksəklik Azərbaycana verilir - Erməni deputat

Gündəm 15:47 21 okt, 2021

“Güman ki, Şikaox dövlət qoruğunun qarşısında yerləşən müdafiə mövqeyimizi itirəcəyik.”

Daha bir yüksəklik Azərbaycana verilir - <span style="color:red">Erməni deputat</span>

Bu barədə Ermənistan parlamentinin "Haystan” blokundan olan deputat Vaqe Akopyan deyib.

Onun sözlərinə görə, hazırda Ermənistan ordusunun Şikaox, Sraşen və Çakaten kəndlərində yerləşən erməni hərbçilərinin ciddi mövqe problemləri var:

"Müqavimət göstərilmədiyi üçün Azərbaycan Ordusu sərbəst irəliləyir. Yaxın gələcəkdə, çox da uzaq olmayan müddətdə, bu kəndlərə bitişik olan Şikaox qoruğunun qarşısındakı yüksəkliyi də itirəcəyik”.

Vaqe Akopyan bir neçə gün bundan əvvəl Qafanla sərhəddə yerləşən Ağdağ dağının Azərbaycan Ordusunun nəzarətinə keçməsi barədə yayılan məlumatı da təsdiqləyib:

"Qafanın meri xəritə üzərində bizə hər şeyi göstərdi. Vəziyyəti ətraflı izah etdi. Təəssüf ki, Ağdağ dağı artıq bizdə deyil. Təəssüf ki, mənzərə budur".