Danielyan: "Böyük Britaniyaya Laçın dəhlizi lazımdır"
“British Petroleum” Azərbaycanın neft sektoruna digər sənaye sahələrinə investisiyaları nəzərə almasaq, təxminən 80 milyard dollar sərmayə qoyub. Buraya Mərkəzi Asiyaya, o cümlədən enerji sektoruna Britaniyanın on milyardlarla dollar sərmayəsini də əlavə etmək lazımdır. Bu baxımdan, Böyük Britaniyanın Rusiya və İran ərazisindən yan keçməklə enerji resurslarının nəqli üçün türk dünyasını iqtisadi cəhətdən birləşdirəcək Laçın dəhlizinə ehtiyacı var".
Qazet.az xəbər verir ki, bu barədə politoloq Stepan Danielyan Ermənistan mətbuatına bildirib.
Onun sözlərinə görə, Fransa “rəqabət” ucbatından Böyük Britaniyanın planlarına müdaxilə etməyə çalışır.
“Böyük Britaniya Aİ-dən çıxdıqdan sonra Fransa-Britaniya arasında köhnə rəqabət xüsusilə kəskinləşib və indi Fransa Azərbaycanın enerji resurslarının Avropaya çatdırılmasının qarşısını almaqla Britaniyaya cavab zərbəsi endirmək istəyir. Buna görə də Fransa Senatı fəallaşıb”, - Danielyan bildirib.