Bakı 3˚C Showers

Danimarka klubundan ÇL-də ilk

İdman 09:55 26 okt, 2022
Danimarka klubundan ÇL-də ilk

Danimarkanın "Kopenhagen" klubu UEFA Çempionlar Liqasında yeni rekorda imza atıb.

Qazet.az-ın məlumatına görə, ölkə çempionu İspaniyada "Sevilya"ya 0:3 hesabı ilə uduzduğu qrup mərhələsinin V tur oyununda start heyətdə meydana 6 yeniyetmə oyunçu buraxıb.

Əvvəlki rekord İngiltərə "Arsenal"ının 2009-cu ildə Yunanıstanda "Olimpiakos"a 0:1 hesabı ilə məğlub olduğu görüşdə qeydə alınıb. Həmin vaxt London təmsilçisi 5 yeniyetmə ilə meydana çıxıb.

"Kopenhagen"in oyunçusu Runi Bardaqji 16 yaş 344 günündə meydanda olub. Yarımmüdafiəçi qitənin bir nömrəli klub turnirində 17 yaşdan aşağı debüt edən 19-cu futbolçudur.

Qeyd edək ki, G qrupunda 2 xalla sonuncu sırada qərarlaşan Danimarka klubu 5 qarşılaşmada qol vura bilməyib.