Danimarkada Rusiya gəmisi saxlanıldı
Qazet.az Avropa xəbər agentliklərinə istinadən bildirir ki, Danimarka hökumət orqanları Şotlandiya yarımadasının şimalında Rusiyaya məxsus bir elmi-tədqiqat gəmisinin saxlanılması haqqında məlumat verib.
Danimarka hökumət orqanları Rusiyanın dövlət elmi müəssisələrindən birinə məxsus bir elmi-tədqiqat gəmisinin saxlanılması barədə xəbər yayıb.
Qazet.az Avropa xəbər agentliklərinə istinadən bildirir ki, Danimarka hökumət orqanları Şotlandiya yarımadasının şimalında Rusiyaya məxsus bir elmi-tədqiqat gəmisinin saxlanılması haqqında məlumat verib.
Kopenhagendəki Rusiya səfiri də noyabrın 3-də bu gəminin saxlanıldığını təsdiq edib və deyib ki, Akademiyanın Okeonologiya elmi müəssisəsinə məxsus tədqiqat gəmisi noyabrın 1-də Skagen limanında yanacaq dolduran zaman saxlanılıb.
Rusiyanın “Tass” xəbər agentliyinin verdiyi məlumata görə bu gəminin 61 əməkdaş və tədqiqatçısı var.
Moskvanın səfirliyindən həmçinin açıqlanıb ki, gəminin saxlanılması bir Kanada şirkətinin müraciəti əsasında həyata keçirilib.
Rusiya səfirliyindən bildirilib ki, əldə etdikləri bir məhkəmə hökmünü Rusiya Xarici İşlər nazirliyinə göndərmişlər.