Bakı 7˚C Sunny

Danimarkada ticarət mərkəzində atışma olub, yaralılar var

Gündəm 00:22 04 iyl, 2022

Eyni zamanda ticarət mərkəzinin ətrafı polislər tərəfindən mühasirəyə alınıb, havaya helikopter qaldırılıb. 

Danimarkada ticarət mərkəzində atışma olub, yaralılar var

Danimarkanın paytaxtı Kopenhagen şəhərinin Erestad rayonunda yerləşən ticarət mərkəzlərinin birində atışma baş verib.

Bu barədə qazet.az Danimarka polisinin tviter hesabına istinadən xəbər verir.

Polisin yaydığı məlumata əsasən, atışma nəticəsində bir neçə nəfər yaralanıb. Hazırda bir nəfər saxlanılıb. Ticarət mərkəzindəki silahlı şəxslərə qarşı əməliyyat davam edir.

Eyni zamanda ticarət mərkəzinin ətrafı polislər tərəfindən mühasirəyə alınıb, havaya helikopter qaldırılıb. Ticarət mərkəzindəki insanlara olduqları yerdə qalmaları barədə çağırış edilib.