“Danone” şirkəti Rusiya bazarını tərk edir
Maraqlı
09:20 15 okt, 2022
Fransanın məşhur “Danone” şirkəti Rusiya bazarını tərk edir.
Qazet.az TASS-a istinadən xəbər verir ki, bu barədə məlumat şirkətin saytında dərc edilib.
“Hesab edir ki, bu, biznes, işçilər, həmçinin istehlakçılar və tərəfdaşlar üçün uzunmüddətli iş davamlılığını təmin etmək üçün ən yaxşı seçimdir” - “Danone”nun yaydığı açıqlamada qeyd olunur.
Qeyd edək ki, “Danone” Rusiyada “Prostokvaşino”, “Activia”, “Actimel”, “Rastişka”, “Danissimo”, “Danone”, “Bio Balance”, “Aktual”, “Smeşariki”, “Alpro, Bebelac”, “Tema”, “Nutrilon”, “Malyutka”, “Evian” markaları ilə təmsil olunurdu.