Bakı 21˚C Windy

Dartıla və yuyula bilən batareya hazırlanıb - FOTO

Biznes 13:07 16 dek, 2021

Yeni dizayn batareyanın nəinki istənilən formanı ala bilməsinə səbəb olur, həm də batareyanı mayelərlə təmasdan qoruyur

Dartıla və yuyula bilən batareya hazırlanıb - <span style="color:red">FOTO</span>

Britaniya Kolumbiyası Universitetinin mütəxəssisləri gələcəyin daşına bilən cihazları üçün elastik və yuyula bilən akkumulyator yaradıblar.

Qazet.az xəbər verir ki, bu barədə qurumun saytında məlumat verilib.

Yeni dizayn batareyanın nəinki istənilən formanı ala bilməsinə səbəb olur, həm də batareyanı mayelərlə təmasdan qoruyur.

Alimlər paltaryuyan maşındakı sınaqlardan istifadə edərək batareyanın elastikliyini və suya davamlılığını təsdiqləyiblər. Belə ki, məişət və sənaye paltaryuyan maşınlarında 39 yuma dövrü həyata keçirildikdən sonra prototip batareyanın tam qaldığı görünüb.

Həmçinin da bildirilib ki, akkumulyatorun sink dioksid və manqan kimyəvi tərkibdə olması onu litium-ion batareyalarından daha təhlükəsiz edir.

BKU hazırda batareyanın tutumunu və ömrünü artırmaq üzərində işləyir. Onların fikrincə, daşına bilən qadcetlər üçün belə elementlərin istehsalı komponentlərin ucuzluğuna görə mümkün olacaq.

 


Mənbə