Bakı 4˚C Cloudy

Darvinizmin yanlış olduğu SÜBUT EDİLDİ

Maraqlı 16:10 05 avq, 2022

Sürix Universitetinin antropoloqları araşdırma edib

Darvinizmin yanlış olduğu SÜBUT EDİLDİ

Antropoloqlar insanın kəllə sümüyünün formasının 160 min illik təkamül dövründə dəyişmədiyini müəyyən ediblər.
 

Qazet.az xəbər verir ki, Sürix Universitetindən olan antropoloqların araşdırmasına görə, yaşı 200 min il olan qədim insanların kəllə sümüyü ölçü baxımından müasirlərdən çox da fərqlənmir.

“Fərziyyə var idi ki, sənətkarlığın inkişafı Homo sapiensin beyninin formasının dəyişməsinə səbəb olub. Lakin son kəşf müəyyən edilmiş rəyə ziddir. Antropoloqlar qrupu Efiopiya və İsraildə tapılan Homo sapiens, Homo erektus və neandertalların kəllələrini rəqəmsal şəkildə rekonstruksiya edib. Daha sonra fosillərin 3D modelləri 125 müasir insan kəlləsi ilə müqayisə edilib. Komanda 160.000 il əvvəl Homo sapiensin kəlləsinin forma və ölçüsünü indiki insanla demək olar ki, eyni olduğunu müəyyən edib”, - məlumatda bildirilir.

Tədqiqatçılar kəllə sümüyünün formasının azacıq dəyişməsinin səbəbini isə insanın daha yumşaq qidalar yeməyə başlaması və ya oksigen azlığı ilə bağlayırlar.




qaynaq