Daşkəsəndə yük avtomobilinin sürücüsünün ölümü ilə bağlı cinayət işi açılıb
Gündəm
13:05 10 noy, 2021
Hadisə noyabrın 9-da rayonun Çaylı kəndi ərazisində qeydə alınıb
Daşkəsən rayonunda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi açılıb.
Qazet.az-ın əldə etdiyi məlumata görə, hadisə noyabrın 9-da rayonun Çaylı kəndi ərazisində qeydə alınıb.
Belə ki, “Man” markalı yük maşınının sürücüsü, Gəncə şəhər sakini, 1970-ci il təvəllüdlü Mürsəlov Manaf Əbülhəsən oğlu avtomobil hərəkətdə olarkən idarəetməni itirib. Daha sonra yük avtomobili aşıb. Nəticədə sürücü ölüb.
Faktla bağlı Daşkəsən Rayon Polis Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanılıb.