Daşqınlar və torpaq sürüşmələri 11 nəfərin həyatına son qoydu
Gündəm
14:27 11 yan, 2023
Filippində baş verən güclü yağışlar, daşqın və torpaq sürüşmələri davam edir.
Qazet.az "hurriyet.com"a istinadən xəbər verir ki, hadisə nəticəsində bəzi kəndləri, yolları və əkin sahələrini su basıb. Bəzi yerlərdə suyun səviyyəsi 3 metrə çatıb. Mülki Müdafiə İdarəsindən (MHM) əldə edilən məlumata görə, sel və sürüşmə nəticəsində 11 nəfər həyatını itirib.
Bundan əlavə, 263 min 906 nəfərdən ibarət 63 min 101 ailə təbii fəlakətdən zərər çəkmiş, 3 min 387 nəfərdən ibarət 815 ailə isə evlərini tərk etmək məcburiyyətində qalıb.
Xatırladaq ki, Filippinin Misayas və Mindanao bölgələri də keçən ay güclü yağışlardan zərər çəkmiş, sel və torpaq sürüşmələrində ümumilikdə 52 nəfər həyatını itirib, 16 nəfər isə yaralanıb.