Bakı 25˚C Windy

Davosda keçiriləcək Dünya İqtisadi Forumu rekord sayda iştirakçıya ev sahibliyi edəcək

Gündəm 01:21 11 yan, 2023
Davosda keçiriləcək Dünya İqtisadi Forumu rekord sayda iştirakçıya ev sahibliyi edəcək

Davosda keçiriləcək Dünya İqtisadi Forumu bu il rekord sayda iştirakçını bir araya gətirəcək.

Qazet.az 
İnterfaks -a istinadən xəbər verir ki, forumda dünyanın bir çox ölkəsinin rəhbərliyinin ümumilikdə 2,7 min nümayəndəsi, o cümlədən İspaniyanın baş naziri Pedro Sançes, Almaniya kansleri Olaf Şolts, Avropa Komissiyasının sədri Ursula fon der Leyen iştirak edəcək.

Müzakirələr müasir dünyanın iqtisadi problemləri üzərində aparılacaq, ona görə də iclasda dünyanın bir sıra ölkələrinin iqtisadiyyat və maliyyə nazirləri, eləcə də 20-yə yaxın mərkəzi bankın rəhbərləri iştirak edəcək.

Müzakirələr həftəsində forum iştirakçıları gender və irqi bərabərlik və regional fərqlərə də xüsusi diqqət yetirəcəklər.

Dünya İqtisadi Forumu 2023-cü il yanvarın 16-dan 20-dək Davosda keçiriləcək.

Qaynaq