Bakı 1˚C Cloudy

Daxili Qoşunların hərbi qulluqçusu 2-ci yerə çıxdı

Gündəm 21:37 25 okt, 2022
Daxili Qoşunların hərbi qulluqçusu 2-ci yerə çıxdı

Daxili İşlər Nazirliyinin Daxili Qoşunların hərbi qulluqçusu, kapitan Ruslan Lunev güllə atıcılığı üzrə dünya çempionatında 2-ci yeri qazanaraq gümüş medal qazanıb.

Qazet.az xəbər verir ki, təmsilçimiz 25 m məsafəyə tapançadan atış yarışında fərqlənib.

Dünya çempionatı Misirin Qahirə səhərində keçirilib.