Bakı 2˚C Mostly cloudy

"Dayağı olmayan media nəyə söykənib hərəkət etsin" - Arif Əliyev

Eksklüziv 12:00 22 iyl, 2022

“Azərbaycan mediası xeyli dərəcədə yeni tendensiyalardan geri qalır”

"Dayağı olmayan media nəyə söykənib hərəkət etsin" - Arif Əliyev

"Milli Mətbuatın yaranmasından 147 il ötsə də Həsən bəy Zərdabinin dövründə olan problemlər bu gün də qalmaqdadır".

Bu sözləri Qazet.az-a müsahibəsində tanınmış jurnalist Arif Əliyev deyib.

"Medianin inkşakinda hər gün yeni dəyişikliklər olur. Ancaq təəssüf ki, biz bu dəyişikliyi hiss eləməmişik. Çünki, Azərbaycan mediası xeyli dərəcədə yeni tendensiyalardan geri qalır. Düzü çox mürəkkəb bir tarix yolu keçib Azərbaycan mediası qalxışı ilə, enişi ilə onun qızıl dövrü 1990-cı illərin sonu, 2000-ci illlərin əvvəlinə təsadüf edir.  Həmin ərəfələr çox böyük müsbət ümüdlər var idi. Mən çox təəssüflə qeyd etmək istəyirəm ki, bu ümüdlər özünü doğrultmadı.

Bu il bizim media bayramında mənim üçün yeganə uğur odur ki, bu bayramı Şuşada qeyd etməyə hazırlaşırıq, media camiəsi ilə orada beynalxalq tədbirin keçirilməsi gözlənilir.

Qalan məsələlərdə təəssüf ki, problemli məqamlar həddindən artıq çoxdu".

Media sahəsindən  gözləntiləriniz nədir? - sualına cavab verən Arif bəy yaxın vaxtlarda  əsaslı dəyişiklik gözləmədiyini bildirdi.

“Sonuncu hadisələr, sonuncu məqanlardan biricnisi “Media haqqında” yenin qanunun qəbul olunması oldu ki, o da inkişaf tendensiyalarının qarşısını ala biləcək, yəqin ki. Peşəkarlıq cəhətdən çox ciddi problemlərimiz var. Çünki medianın mühiti peşəkarlığın inkşafına yönlənməyib, əksinə Azərbaycan mediası bu gün bötövlükdə götürüləndə  dotasiya üzərindədir. Yəni kənardan yardımların üzəindədir. Və bu günləri, belə şəraitdə onun müstəqilliyi də xeyli dərəcədə məhduddur”.

Medianın bugünki vəziyyəti ilə razı deyilsizmi? - sualına fikir bildirən jurnalist televizya və onlayn mediasının bərbad vəziyyətdə olduğunu qeyd etdi.

"Medianın dayaqlarından danışsaq onun birinci dayağı qanunvericilik mühitidir, ikinci dayağı iqtisadi mühitdir, üçüncü dayağı siyasi müstəqillikdir. Bunların heç biri bizim mediada yoxdur. Altı boşdur, göydə fırlanır. Dayağı olmadığı bir şəraitdə bu nəyə söykənib inkişaf eləsin, nəyə söykənib peşəkarlığa qalxsın? Bizim sonuncu müzakirə elədiyimiz məsələləri yada salın. Belə verilişlər olmaz, belə çap mediası olmaz. Çap mediamız çox bərbad vəziyyətdədir, oxucusu ümumiyyətlə yoxdur. Yalandan mövcud olan mediadır. Televizya bütövlükdə reytinqi çox ucuz, bir çox hallarda əxlaqsız verilişlərin, yəni əxlaqa tam uyğun olmayan verilişlərin intizarındadır. Onlayn mediamız çox dağınıq və inkişaf perspektivləri məhdud olan bir vəziyyətdədir.

Bir faktı xatırladım ki, uzun müddətdir Ukraynada müharibə gedir. Yəni medianın həyatında iri miqyaslı mühariblələr olduqca böyük yer tutur. Və belə bir şəraitdə bizim saytlarımız öz müxbirini sadəcə ora göndərmək iqtidarında oldu, o imkanda oldu. Cəmi 9-10 media numayəndəsi iştirak etdi ki, onların da əksəriyyəti mediaya aid olmayan jurnalistlər idi.

Bizim KİV-lər dövrün ən qaynar hadisələrinin içindən xəbər vermək imkanında deyillər. Nə maddi cəhətdən, nə də digər cəhətlərdən. Bizim hərb sahəmizdə belə hərbi şəraitdən xəbər verə bilən jurnalistimiz yoxdur. Xarici dili bilən jurnalistlərimiz çox azdır. Bunlar hamısı real göstəricidir. Əgər bunları toplasaq  onda bizim medianın real vəziyyəti haqqında təsəvvürümüz yaranar.

Həsən bəy Zərdabinin “Rusiyada əvvəlimci Türk qəzetəsi”ni  oxuyun və bu günlə müqaisə edin. Həmin şeydir, eyni problemlərdir. Oxumurlar, ağıllı sözə fikir vermirlər, oxucu yoxdu, vəsait yoxdu, inkişaf üçün şərait yoxdu və s. Baxın həmin problemlərdir indiyə qədər. Təəssüf ki,  yol alıb gedir. Amma dediyim kimi, 90-cı illərin sonu, 2000-ci illərin əvvəli mediada kimlər ki işləyirdi onlarla söhbət eləyin, onu jurnalistlərin bugünki imkanları ilə müqaisə edin, onda görərsiz ki, bu dövrlərdə mediada baş verən dəyişikliklər hansı istiqamətdədir".

Müəllif: Gülnar Süleymanova