DÇ-2022: Açılış oyununda hesab açılıb - YENİLƏNİB
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyununda hesab açılıb.
Qazet.az-ın məlumatına görə, mundialın ilk qolunu 3-cü dəqiqədə Cənubi Amerika təmsilçisindən Enner Valensiya vurub.
***
Qətərdə ev sahibləri ilə Ekvador arasında dünya çempionatının açılış oyunu start götürüb.
Qazet.az-ın məlumatına görə, "El-Bayt" stadionunda keçirilən görüşü italiyalı FIFA referisi Daniele Orsato idarə edir.
***
Qətərdə ev sahibləri ilə Ekvador arasında keçiriləcək dünya çempionatının açılış oyunu üçün start heyətləri açıqlanıb.
Qazet.az-ın FIFA-nın rəsmi saytına istinadən məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:
Qətər: 1. Saad əl-Şib, 2. Pedro Migel, 3. Abdelkarim Hassan, 14. Homam Ahmed, 15. Bassam Hişam, 16. Bualem Xuxi, 6. Əbdülaziz Hatəm, 10. Hassan Alhaydos, 12. Kərim Budiaf, 11. Əkrəm Afif, 19. Almaz Əli
Ekvador: 1. Ernan Qalindes, 2. Feliks Torres, 3. Pyero İnkapye, 7. Pervis Estupinyan, 17. Anxelo Presiado, 10. Romario İbarra, 19. Qonsalo Plata, 20. Ceqson Mendes, 23. Moyses Kaysedo, 11. Mikael Estrada, 13. Enner Valensiya
Qeyd edək ki, "El-Bayt" stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 20:00-da başlayacaq.