DÇ-2022: Almaniya millisinin 9 qol vurduğu oyunda bir neçə rekord qeydə alınıb
Gündəm
12:24 12 noy, 2021
Flik yığmada ilk 6 oyunda qələbə qazanan baş məşqçi kimi tarixə düşüb
Futbol üzrə Almaniya millisi 52 ildən sonra dünya çempionatlarının seçmə oyununda 9 qol vurub.
Qazet.az-ın məlumatına görə, Hans-Diter Flikin baş məşqçi olduğu komanda DÇ-2022-nin seçmə mərhələsində Lixtenşteyni 9 cavabsız qolla məğlub edib.
Matç 56 yaşlı mütəxəssis üçün də əlamətdar olub. Flik yığmada ilk 6 oyunda qələbə qazanan baş məşqçi kimi tarixə düşüb.
Bundan əlavə, görüşdə "dubl" edən Tomas Müller millidəki qol sayını 42-yə çatdırmaqla bombardirlər siyahısında Mixael Ballakı geridə qoyaraq 8-ci olub.
Xatırladaq ki, Almaniya millisi Qətərdə keçiriləcək dünya çempionatına vəsiqəni ötən tur təmin edib.