DÇ-2022-də ən çox baş məşqçi ilə təmsil olunan ölkələr
Bu il Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatında üç ölkənin baş məşqçiləri çoxluq təşkil edir.
Qazet.az-ın məlumatına görə, Argentina, Portuqaliya və İspaniyanın mütəxəssisləri 3 fərqli komandanın sükanı arxasındadırlar.
Argentinalı Lionel Skaloni ölkəsinin yığmasında işləyirsə, onun həmyerlilərindən Qustavo Alfaro Ekvador seçməsinin, Gerardo Martino Meksikanın uğurları üçün çalışır.
Portuqaliyalı Fernandu Santuş ikinci dəfə ölkəsinin komandası ilə mundialda çıxış edəcək. Digər portuqaliyalılar Karluş Keyroş İran komandasına, Paulo Bento Cənubi Koreya kollektivinə rəhbərlik edir.
İki ölkə kimi İspaniya millisi də yerli mütəxəssisə - Luis Enrikeyə etimad göstərir. Digər ispaniyalılar - Roberto Martines Belçika, Feliks Sançes isə Qətər yığmasında işləyir.
Ölkəsi turnirdə iştirak etməyən kolumbiyalı Luis Fernando Suarez isə Kosta-Rika millisinin sükanı arxasındadır.
Argentina - Qustavo Alfaro (Ekvador), Cerardo Martino (Meksika), Lionel Skaloni (Argentina)
Portuqaliya - Paulo Bento (Cənubi Koreya), Karluş Keyroş (İran), Fernandu Santuş (Portuqaliya)
İspaniya - Roberto Martines (Belçika), Feliks Sançes (Qətər), Luis Enrike (İspaniya)
İngiltərə - Con Herdman (Kanada), Qaret Sautgeyt (İngiltərə)
Fransa - Herve Renard (Səudiyyə Ərəbistanı), Didye Deşam (Fransa)
Avstraliya - Qraham Arnold (Avstraliya)
Braziliya - Tite (Braziliya)
Kamerun - Riqobert Sonq (Kamerun)
Xorvatiya - Zlatko Daliç (Xorvatiya)
Kolumbiya - Luis Fernando Suarez (Kosta-Rika)
Danimarka - Kasper Yulmann (Danimarka)
Almaniya - Hans-Diter Flik (Almaniya)
Qana - Otto Oddo (Qana)
Yaponiya - Moriyasu Hadzime (Yaponiya)
Mərakeş - Valid Reqraqi (Mərakeş)
Niderland - Lui Van Qal (Niderland)
Polşa - Çeslav Mixneviç (Polşa)
Seneqal - Aliu Sisse (Seneqal)
Serbiya - Draqan Stoykoviç (Serbiya)
İsveçrə - Murat Yakın (İsveçrə)
Tunis - Jalel Kadri (Tunis)
ABŞ - Qreqq Berhalter (ABŞ)
Uruqvay - Dieqo Alonso (Uruqvay)
Uels - Rob Peyc (Uels)
Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.