Bakı 15˚C Mostly sunny

DÇ-2022: Fransa millisi Argentina ilə oyunda hesabı bərabərləşdirib

İdman 20:57 18 dek, 2022
DÇ-2022: Fransa millisi Argentina ilə oyunda hesabı bərabərləşdirib

Qətərdə keçirilən dünya çempionatının final oyununda üz-üzə gələcək Argentina və Fransa yığmalarının start heyətləri bəlli olub.

Qazet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı "11-lik"lərlə çıxacaqlar:

Argentina: Emiliano Martines, Nauel Molina, Kristian Romero, Nikolas Otamendi, Markos Akunya, Anxel Di Mariya, Rodriqo De Paul, Entso Fernandes, Aleksis Makkallister, Lionel Messi, Xulian Alvares

Fransa: Uqo Lyoris (K), Jül Kunde, Rafael Varan, Dayo Upamekano, Teo Ernandes, Adrian Rabyo, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru.

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.

Fransa millisi qələbə qazanacağı halda ardıcıl ikinci, tarixində isə üçüncü dəfə dünyanın ən güclüsü olacaq. Fransızlar 1998 və 2018-ci illərdə bu titula sahib çıxıblar.

Argentina seçməsi də üçüncü çempionluğunu qazanmağa çalışacaq. 1978 və 1986-cı illərdə mundialın qalibi olan Cənubi Amerika təmsilçisi 36 illik həsrətə son qoymaq niyyətindədir.

***

Bakı vaxtı ilə saat 19:00-da final matçı start götürüb.

Canlı yayımı Buradan izləyə bilərsiniz.

***

23-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən Lionel Messi Cənubi Amerika təmsilçisini önə keçirib: 1 -0

***

Angel Di Maria ikinci qolu rəqibin qapısından keçirib. 2 - 0

***

Fransa fərqi azaldıb, 80-ci dəqiqədə Mbappe penaltını dəqiq yerinə yetirib: 2 - 1

***

Mbappe 82-ci dəqiqədə ikinci topu da rəqibin qapısından keçirdi: 2- 2