Bakı -4˚C Showers

DÇ-2022: Fransa millisi finalda Argentinaya rəqib olub

İdman 01:10 15 dek, 2022
DÇ-2022: Fransa millisi finalda Argentinaya rəqib olub

Qətərdə keçirilən dünya çempionatının yarımfinal oyununda üz-üzə gələcək Fransa və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Qazet.az xəbər verir ki, komandalar meydana aşağıdakı heyətlə çıxacaqlar:

Fransa: Uqo Lyoris (K), Jül Kunde, İbrahima Konate, Yussuf Fofana, Rafael Varan, Teo Hernandez, Orelyen Çuameni, Antuan Qrizmann, Kilian Mbappe, Usman Dembele, Olivye Jiru

Mərakeş: Yassin Bunu, Romen Saiss (K), Əşrəf Hakimi, Cavad əl-Yamiq, Sofyan Amrabat, Azəddin Unai, Nayef Aqerd, Nussair Mazraui, Sofyan Bufal, Yussuf ən-Nesiri, Hakim Ziyeş,

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.

***

Fransa - Mərakeş görüşü start götürdü.

***

Hernandez 6-cı dəqiqədə Fransanı hesabda önə çıxardı: 1-0.

***

Kolo 80-ci dəqiqədə Fransanın ikinci qoluna imza atdı: 2-0.

***

Fransa Mərakeşi 2-0 məğlub edərək finala vəsiqə qazandı. Finalda Fransa millisi dekabrın 18-də Argentina seçməsi ilə üz-üzə gələcək.