DÇ-2022: Fransa millisinin kapitanı iki tarixi rekordu yeniləyib
İdman
23:51 10 dek, 2022
İngiltərənin "Tottenhem" klubunun qapıçısı Uqo Lyoris Fransa millisinin tarixinə düşüb.
Qazet.az xəbər verir ki, Qətərdəki dünya çempionatında İngiltərəyə qarşı 1/4 final matçında meydana çıxan 36 yaşlı qolkiper yığmanın heyətində ən çox görüş keçirən oyunçu olub.
143-cü dəfə millinin formasını geyinən kapitan Lilian Türama məxsus rekordu (142) yeniləyib.
O, həmçinin mundiallarda ən çox oyun keçirmiş Tyerri Anri ilə Fabyen Bartezi (17) də geridə qoyub - 18.
Qeyd edək ki, hazırda ilk hissəsi oynanılan qarşılaşmada Fransa millisi 1:0 hesabı ilə öndədir.