DÇ-2022: Fransa yığmasının futbolçuları final oyunu öncəsi xəstəlikdən sağalıblar
İdman
16:52 17 dek, 2022
Fransa millisinin qripə yoluxan futbolçuları Rafael Varan və İbrahima Konate sağalıblar.
Qazet.az “L'Équipe” nəşrinə istinadən xəbər verir ki, Argentina yığmasına qarşı keçiriləcək dünya çempionatının final oyunu öncəsi adıçəkilən mərkəz müdafiəçiləri kollektivlə birgə məşqlərə qayıdıblar.
Onlardan fərqli olaraq, yarımmüdafiəçi Kinqsli Koman otağında təcrid olunmuş vəziyyətdə qalır. Fransa Futbol Federasiyası xəstəliyin yayılmasının qarşısını almaq üçün komandanın qaldığı otelin bütün işçilərindən maska taxmağı tələb edib. Həmçinin, otelin dəhlizlərinə və yeməkxanalarına antiseptik gellər qoyulub.
Qeyd edək ki, dekabrın 18-də Fransa ilə Argentina arasında keçiriləcək DÇ-2022-nin final görüşü Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.