Bakı 5˚C Mostly cloudy

DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Gündəm 21:16 30 noy, 2022
DÇ-2022: Fransadan gözlənilməz məğlubiyyət, Danimarkadan vida

Qətərdə keçirilən DÇ-2022-nin daha bir qrupunda mübarizəyə yekun vurulub.

Qazet.az saytının məlumatına görə, mundialın 11-ci gününün ilk iki oyunu D qrupunda baş tutub.
 

Son dünya çempionu Fransa Tunislə qarşılaşacaq. 1/8 finala vəsiqəni təmin edən Didye Deşamın yetirmələri bu qarşılaşmada da favorit idi. Qrupdan çıxmaq üçün yalnız nəzəri şanslara malik afrikalılar isə arzularını reallaşdıra bilməyiblər. Tunis yığması qələbəyə baxmayaraq qrupda qalıb.

Buna səbəb qrupun digər oyununda Avstraliya millisinin Danimarkanı məğlub etməsidir. "Yaşıl qitə" təmsilçisi Fransanın ardından qrup ikincisi 1/8 finala yüksəlib.

Qeyd edək ki, bu gün C qrupunda da III turun matçları keçiriləcək.

DÇ-2022, qrup mərhələsi
D qrupu
III tur, 30 noyabr
19:00. Tunis – Fransa - 1:0

Qol: Vahbi Xazri, 58
19:00. Avstraliya – Danimarka - 1:0

Qol: Metyu Leki, 60