Bakı 11˚C Windy

DÇ-2022: Harri Keyn qol sayında 4 futbolçuya çatıb

İdman 01:43 11 dek, 2022
DÇ-2022: Harri Keyn qol sayında 4 futbolçuya çatıb

İngiltərə millisinin kapitanı Harri Keyn dünya çempionatlarında Argentina yığmasının əfsanəvi futbolçusu Dieqo Maradona, Portuqaliya seçməsindən Kriştianu Ronaldu və Braziliya kollektivindən Neymarla qollarının sayını bərabərləşdirib.

Qazet.az-ın məlumatına görə, 29 yaşlı forvard buna Qətərdə təşkil olunan mundialda Fransaya qarşı keçirdikləri 1/4 final matçında nail olub.

54-cü dəqiqədə penaltini dəqiq yerinə yetirən təcrübəli oyunçu dünya çempionatları tarixində 8-ci qolunu vurub. Keyn bu göstəriciyə 11-ci oyununda çatıb.

Neymar 13, Maradona 23, Ronaldu isə 25 matça rəqib qapılarına 8 dəfə yol tapıb.

Bundan başqa, millidəki qollarının sayını 53-ə çatdıran Keyn Ueyn Runinin rekordunu təkrarlayıb.

Qeyd edək ki, hazırda ikinci hissəsi davam edən İngiltərə - Fransa qarşılaşmasında hesab bərabərdir - 1:1.