DÇ-2022: Mərakeş millisi Portuqaliya ilə oyunda fasiləyə üstün yollanıb - YENİLƏNİR + VİDEO

Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda ilk hissə başa çatıb.
Qazet.az xəbər verir ki, Afrika təmsilçisi fasiləyə minimal hesablı üstünlüklə yollanıb. Yeganə qolu 42-ci dəqiqədə Yussuf En-Nesiri vurub - 1:0.
***
Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyununda hesab açılıb.
Qazet.az xəbər verir ki, 42-ci dəqiqədə fərqlənən Yussuf En-Nesiri Afrika təmsilçisini önə keçirib - 1:0.
Qətərdə keçirilən dünya çempionatında Mərakeş və Portuqaliya yığmaları arasında 1/4 final oyunu başlayıb.
Qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.
***
Qətərdə keçirilən futbol üzrə dünya çempionatının 1/4 final mərhələsində qarşılaşacaq Mərakeş və Portuqaliya yığmalarının start heyətləri açıqlanıb.
Qazet.az xəbər verir ki, komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar:
Mərakeş: Yassin Bunu, Romen Saiss, Əşrəf Hakimi, Cavad El Yamiq, Sofyan Amrabat, Azeddin Unai, Sekin Amallah, Sofyan Bufal, Yussuf En-Nesiri, Hakim Ziyeş, Yahia Attiyat Allah;
Portuqaliya: Dioqu Koşta, Pepe, Dioqu Dalot, Ruben Diaş, Rafael Gerreyru, Ruben Neves, Bernardu Silva, Otavio Monteyro, Brunu Fernandeş, Qonsalu Ramuş, Joau Feliks.
Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.
En-Nesyri scores with a good header.#MAR 1-0 #POR pic.twitter.com/9WaV2yvLbe
— FIFA World Cup 2022 (@2022_QatarWC) December 10, 2022