DÇ-2022-nin təşkilinə fantastik məbləğ xərclənib
Gündəm
15:30 07 okt, 2021
"Mundiala hazırlıq üçün ilkin xərclərinin 200 milyard ABŞ dolları təşkil edib"
Qətərin 2022-ci ildə keçiriləcək futbol üzrə dünya çempionatının hazırlıqlarına xərclədiyi təxmini məbləğ açıqlanıb.
Qazet.az xəbər verir ki, ölkənin Rusiyadakı səfiri şeyx Əhməd ben Naser ben Casim əl-Tahi TASS-a açıqlamasında mundiala hazırlıq üçün ilkin xərclərinin 200 milyard ABŞ dolları təşkil etdiyini bildirib.
Qeyd edək ki, dünya çempionatı 2022-ci il 21 noyabr - 18 dekabrda keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.