Bakı 6˚C Intermittent clouds

DÇ-2022: Rumıniya millisinin 15 yaşlı futbolçusu tarixə düşüb

Gündəm 12:24 15 noy, 2021

O, Avropa yığmalarında rəsmi matça çıxan ən gənc futbolçu adına yiyələnib

DÇ-2022: Rumıniya millisinin 15 yaşlı futbolçusu tarixə düşüb

Rumıniya millisinin futbolçusu Enes Sali tarixə düşüb.

Qazet.az-ın məlumatına görə, İspaniyanın "Barselona" klubuna məxsus olan yarımmüdafiəçi buna Lixtenşteynə 2:0 hesabı ilə qalib gəldikləri 2022-ci il dünya çempionatının seçmə oyununda nail olub.

82-ci dəqiqədə meydana daxil olan Sali 15 yaş 264-cü günündə millidə debütünü gerçəkləşdirib. O, Avropa yığmalarında rəsmi matça çıxan ən gənc futbolçu adına yiyələnib.

Qeyd edək ki, daha əvvəl rekord norveçli Martin Edeqora (15 yaş 300 gün) məxsus idi.