DÇ-2022: Serbiya final mərhələsinə çıxdığı üçün 1 milyon avro mükafat alacaq
İdman
23:12 15 noy, 2021
Ölkə prezidenti Aleksandr Vuçiçin vəd etdiyi məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb.
2022-ci il dünya çempionatının final mərhələsinə vəsiqə qazanan Serbiya millisinə veriləcək mükafatın məbləği bəlli olub.
Qazet.az-ın məlumatına görə, yığma üzvlərinə ümumilikdə 1 milyon avro bonus ödəniləcək.
Ölkə prezidenti Aleksandr Vuçiçin vəd etdiyi məbləğ artıq Serbiya Futbol İttifaqının hesabına köçürülüb.
Qeyd edək ki, Azərbaycan millisi ilə birlikdə A qrupunda mübarizə aparan Serbiya yığması son turda səfərdə Portuqaliyanı 2:1 hesabı ilə məğlub edərək final mərhələsinə birbaşa vəsiqə əldə edib. Dünya çempionatı gələn il 21 noyabr - 18 dekabrda Qətərdə keçiriləcək. Bu, qış vaxtı təşkil olunacaq ilk mundialdır.
ria.ru