Bakı 16˚C Sunny

DÇ-2022: Xorvatiya millisi Mərakeşlə oyunda fasiləyə öndə yollanıb

İdman 19:54 17 dek, 2022
DÇ-2022: Xorvatiya millisi Mərakeşlə oyunda fasiləyə öndə yollanıb

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ilk hissə başa çatıb. 

 

"Report"un məlumatına görə, Avropa təmsilçisi fasiləyə öndə yollanıb - 2:1. 

 

19:43

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda üçüncü qol vurulub. 

Qazet.az-ın məlumatına görə, 42-ci dəqiqədə Avropa təmsilçisi yenidən önə keçib - 2:1. 

Xorvatiya millisinin heyətində Mislav Orsiç fərqlənib. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda ikinci qol vurulub. 

Qazet.az-ın məlumatına görə, 9-cu dəqiqədə Afrika təmsilçisi hesabı bərabərləşdirib - 1:1. 

Mərakeş millisinin heyətində Əşrəf Dari fərqlənib. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyunda hesab açılıb. 

Qazet.az-ın məlumatına görə, 7-ci dəqiqədə Yosko Qvardiol Avropa təmsilçisini önə keçirib. 

***

Qətərdə keçirilən dünya çempionatında Xorvatiya və Mərakeş yığmaları arasında üçüncü yer uğrunda oyun başlayıb.

Qazet.az-ın məlumatına görə, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da start götürüb.

***

Qətərdə keçirilən dünya çempionatının 3-cü yer uğrunda oyununda üz-üzə gələcək Xorvatiya və Mərakeş yığmalarının start heyətləri açıqlanıb.

Qazet.az-ın məlumatına görə, komandalar meydana aşağıdakı “11-lik”lərlə çıxacaqlar.

Xorvatiya: 1. Dominik Livakoviç, 20. Yosko Qvardiol, 2. Yosip Stanisiç, 24. Yosip Şutalo, 10. Luka Modriç, 8. Mateo Kovaçiç, 7. Lovro Mayer, 4. İvan Perişiç, 9. Andrey Kramariç, 14. Marko Livaya, 18. Mislav Orsiç

Mərakeş: 1. Yassin Bunu, 18. Vavad el Yamiq, 2. Əşrəf Hakimi, 25. Yəhya Attiat-Allah, 20. Əşrəf Dari, 4. Sofyan Amrabat, 23. Bilal El Xannus, 7. Hakim Ziyeş, 11. Abdelhamid Sabiri, 17. Sofyan Bufal, 19. Yussuf En-Nesir

Qeyd edək ki, qarşılaşma Bakı vaxtı ilə saat 19:00-da başlayacaq.