Bakı 18˚C Mostly cloudy

DÇ-2022-yə ən çox futbolçu göndərən klublar

İdman 11:10 16 noy, 2022
DÇ-2022-yə ən çox futbolçu göndərən klublar

Bu il Qətərdə keçiriləcək dünya çempionatına ən çox futbolçu göndərən klublar bəlli olub.

Qazet.az-ın məlumatına görə, siyahının ilk pilləsində Almaniya təmsilçisi "Bayern" qərarlaşıb.

Münhenlilərin 17 oyunçusu 8 müxtəlif komandanın heyətinə cəlb olunub.

İkinci sırada İngiltərə "Mançester Siti"si ilə İspaniya "Barselona"sı qərarlaşıb. Hər iki klubdan mundialda 16 oyunçu iştirak edir.

İngiltərə "Mançester Yunayted"i və İspaniya "Real Madrid"indən 13 futbolçu yarışa qatılır.

Qeyd edək ki, DÇ-2022 noyabrın 20-dən dekabrın 18-dək təşkil olunacaq.