Bakı 6˚C Dreary

DÇ-da ardıcıl qol vuranlar

İdman 13:35 21 noy, 2022
DÇ-da ardıcıl qol vuranlar

Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyası (IFFHS) Qətərdə keçirilən dünya çempionatı davam edərkən daha bir mövzu ilə bağlı araşdırma aparıb.

Qazet.az-ın məlumatına görə, mundiallar tarixində komandalarının heyətində ən çox ardıcıl qol vuranlar açıqlanıb.

İlk "3-lük"də Portuqaliya millisinin əfsanəvi futbolçusu Eysebio, italiyalı Paolo Rossi və rusiyalı Oleq Salenko qərarlaşıb. Hər üç oyunçu meydana çıxdıqları qarşılaşmalarda eyni sayda - ardıcıl 6 qola imza atıblar.

DÇ-2022-nin Qətərə qarşı açılış görüşündə dubl edən Ekvador seçməsinin hücumçusu Ener Valensiya 5 qol vuran oyunçuların siyahısına düşüb.

Futbolçu

Ölkəsi

Qollar

Mundiallar

Eysebio

Portuqaliya

6

1966(6)

Paolo Rossi

İtaliya

6

1982(6)

Oleq Salenko

Rusiya

6

1994(6)

Piter MekParland

Şimali İrlandiya

5

1958(5)

Alessandro Altobelli

İtaliya

5

1982(1), 1986(4)

Kristiano Ronaldo

Portuqaliya

5

2014(1), 2018(4)

Ener Valensiya

Ecvador

5

2018(3), 2022(2)